Ana səhifə Astrologiya
22 Fevral 2017
Bakı 6 °
93%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadasına qeydiyyat elan olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadası” layihəsinin icrasına başlanılıb.
Layihənin həyata keçirilməsində məqsəd gənclər və tələbələrin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılıq fəaliyyətinin araşdırılması, gәnclәrin Azәrbaycan mәdәniyyәtinin tәbliğinә cәlb edilməsi, milli musiqimizin təbliği, istedadlı tələbələrin üzə çıxarılmasına şərait yaratmaq və gənc musiqisevərlərin bu istiqamətdə stimullaşdırılmasıdır.
Layihə çərçivəsində olimpiada təşkil olunacaq. Olimpiada sualları Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını, milli musiqimiz və onun tarixini, musiqi nəzəriyyəsini əhatə edəcək. Layihəyə qatılmaq istəyən tələbə-gənclər 7 yanvar 2017-ci il tarixinədək elektron qeydiyyatdan keçərək müraciət edə bilərlər: http://www.atgti.az/post/2614
Qeyd edək ki, sözügedən olimpiadada yüksək nəticə toplamış tələbələr təltif olunacaqlar. Əlavə məlumat üçün +99412 493-96-24 (dax. 107), +99470 992-22-73 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

30 Dekabr 2017, 15:29    Müəllif: Media24.az   
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20